BAKI, 25 dekabr — Sputnik. Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) ilk dəfə olaraq kütləvi şəkildə istehsal olunan beşinci nəsil "Su-57" qırıcılarını silahlanmaya qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə vəziyyətlə tanış olan mənbə bildirib.
"Kütləvi şəkildə istehsal olunan "Su-57" Rusiya HKQ-ya təhvil verilib", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, F-35 çoxməqsədli qırıcı-bombardmançısı düşmənin hava müdafiə zonasına "görünməz-səssiz" nüfuz etmək, yerdəki hədəfləri vurmaq və digər təyyarələrin hərəkətlərini əlaqələndirmək üçün yaradılıb. Su-57, F-22 və F-35-in dizayn xüsusiyyətləri onlara müxtəlif məsafələrdə fərqli üstünlüklər verir, lakin rus qırıcısının texnoloji və döyüş üstünlüyünü inkar etmir.
Çoxfunksiyalı Su-57 uzaq və yaxın məsafəli döyüşlərdə hər növ hava hədəflərini məhv etmək, düşmənin hava müdafiəsini yararaq yer və suüstü hədəfləri dağıtmaq, bazadan uzaq məsafədəki hava məkanını izləmək və düşmən aviasiya idarəetmə sistemini darmadağın etmək üçün nəzərdə tutulub. Təyyarə yüksək dərəcədə texnoloji inkişafa çatdırılıb və Suriya səmalarında döyüş şəraitində sınaqdan keçirilib. Rusiya Müdafiə Nazirliyinin dərhal bu təyyarədən 76 ədəd (üç aviasiya alayını təchiz etmək üçün) sifariş verməsi heç də təsadüfi deyil.
Rusiyaya məxsus Su-57 qırıcısı idarəetmənin yüksək səviyyədə avtomatlaşdırmasına və heyətin intellektual dəstəyinə (pilotlar "avtopilot"a tam etibar edərək bütün diqqətlərini taktiki problemlərin həllinə yönəldə bilərlər) inteqrasiya olunmuş yeni avionika kompleksi ilə təchiz edilib. Gəmidəki avadanlıq yerüstü idarəetmə sistemləri ilə və aviasiya qrupu daxilində real vaxtda məlumat mübadiləsinə imkan verir, yaxud tapşırıqları avtonom şəkildə yerinə yetirir.
Su-57-nin prioritetləri və silahlanması Amerikanın F-22 və F-35 qırıcıları ilə müqayisədə daha böyük məsafələrdə təhdidləri (hədəfləri) aşkar etməyə və aradan qaldırmağa imkan verir. Bu qırıcıların timsalında biz hərbi əməliyyatların aparılmasında texnologiyaların və konsepsiyaların kompleks mübarizəsinin şahidi oluruq.