QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bir qrup hərbçi Füzulinin, Xocavəndin və Zəngilanın azad olunmasına görə təltif edilib

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев, фото из архива
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 17-də Füzuli şəhəri Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunub. Şəhər 1993-cü il avqustun 23-də işğal edilmişdi.

BAKI, 25 dekabr - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər. 

Ali Baş Komandanın imzaladığı digər sərəncamlara görə, Xocavəndin və Zəngilanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu müvafiq olaraq “Xocavəndin azad olunmasına görə” və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif ediliblər. 

Xəbər lenti
0