Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-dan Rusiyaya qarşı sanksiyalar: Siyahıda Müdafiə Nazirliyi də var

© REUTERS / JOSHUA ROBERTSВид на Капитолий США, фото из архива
Вид на Капитолий США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Adı siyahıda olan şirkətlər silahlı qüvvələrlə bağlı olduğundan onların ixracatına məhdudiyyətlər tətbiq olunacaq

BAKI, 22 dekabr - Sputnik. ABŞ-ın Ticarət Nazirliyi Rusiya və Çinin 103 şirkətini qara siyahıya salıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu şirkətlər silahlı qüvvələrlə bağlı olduğundan onların ixrac əməliyyatlarına məhdudiyyətlər tətbiq olunacaq.

Nazirliyin saytında dərc olunmuş siyahıda Rusiyadan 45, Çindən isə 58 şirkətin adı var.

Sənəddə qeyd olunur ki, bu, "məhsullarının son istehlakçıları hərbçilər olan" şirkətlərin siyahısının hələ ilkin variantıdır.

Bildirilir ki, siyahıya Rusiyanın Müdafiə Nazirliyi, xüsusi "Rusiya" uçuş dəstəsi, aviasiya, kosmik və digər sahələrin iri şirkətləri, eləcə də şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti daxildir.

Xəbər lenti
0