BAKI, 21 dekabr — Sputnik. Qamaleya Mərkəzi, AstraZeneca, Rusiya İnvestisiya Fondu və "R-Pharm" şirkəti koronavirusla mübarizədə əməkdaşlıq haqqında bir memorandum qəbul edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə sənədlərin imzalanması münasibətilə təbrik edib.
Qeyd edək ki, bir müddət əvvəl Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq AstraZeneca ilə birlikdə koronavirusa qarşı "Sputnik V" peyvəndinin sınaq prosesinə başlanılacağını qeyd etmişdi.
AZD1222 (AstraZeneca tərəfindən Oxford Universiteti ilə işlənib hazırlanıb) və "Sputnik V" peyvəndləri SARS-CoV-2 virusunun çıxıntı zülalının daxil olduğu adenoviral vektorlara əsaslanır.
Eyni zamanda, adenovirusların özləri çoxalma qabiliyyətindən məhrumdurlar. Bunlar insan bədəninin hüceyrələrinə genetik material (antigen) çatdırmaq üçün bir sistemdir.