QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ayıran da, birləşdirən də onlardır: qorumaq üçün qonşu ölkəyə müraciət olunacaq

© Photo : TRENDXudafərin körpüsü, arxiv şəkli
Xudafərin körpüsü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xudafərin körpüləri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir". - Anar Kərimov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Xudafərin körpüləri Azərbaycan memarlıq məktəbinin ən görkəmli nümunələrindən biridir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Монастырь Худаванг - Sputnik Azərbaycan
Ermənilər talan etdikləri abidələrimizi indi də dünyaya özlərininki kimi təqdim edirlər

Onun sözlərinə görə, Xudafərin körpüləri bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir.

Belə ki, bununla əlaqədar olaraq artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlanılıb.

O qeyd edib ki, ilk növbədə Xudafərin körpüləri UNESCO-nun ilkin siyahısına daxil edilməlidir: "Bundan sonra isə Xudafərin körpüləri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir".

Tarixçi Kamran İsmayılovun sözlərinə görə, Araz çayı üzərində biri 11, digəri 15 aşırımlı Xudafərin körpüləri Azərbaycan memarlığının əvəzedilməz incilərindəndir. Birinci körpünün uzunluğu 130, eni 6, hündürlüyü 12 m-dir. İkinci körpünün uzunluğu 200, eni 4,5, hündürlüyü 10 m-dir. Körpülər bir-birindən 800 m məsafə ayırır.

"Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüləri Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. Onlar, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib. Kərpic körpünün bu ilk körpünün yerində XII əsrdə tikildiyi məlumdur", - deyə tarixçi bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı, 02.08.2001 tarixli qərarı ilə təsdiq edilmiş siyahıya Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələri də daxil edilib.

Azərbaycanın xristian irsinə qarşı təhlükə mənbəyi olduğunu deyənlərə şillə kimi cavab>>

Həmin siyahıda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin adları öz əksini tapıb. Onların arasında Cəbrayıl rayonu ərazisində XI—XII əsrlərdə tikilmiş 11 tağlı Xudafərin körpüsü və XIII əsrdə tikilmiş 15 tağlı Xudafərin körpüsü də var.

Xəbər lenti
0