QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad olunmuş əraziləri kim bərpa edəcək - əcnəbilər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВид на город Лачин, Азербайджан, фото из архива
Вид на город Лачин, Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.

BAKI, 19 dekabr — Sputnik. Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İtaliyalı həmsədr bu günlərdə Bakıya səfəri və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də digər rəsmilərlə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məhsuldar danışıqların aparıldığını bildirib.

Görüşdə işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğu vurğulanıb. Bu baxımdan İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Xəbər lenti
0