Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Riçard Morninqstar: "Rusiya Ermənistanı fəlakətdən xilas etdi"

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidКремлевский дворец, фото из архива
Кремлевский дворец, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri deyib ki, Hillari Klinton dövlət katibi olanda Bakıda Prezident İlahm Əliyevlə görüşüb və onu çox bəyənib. Lakin sonra Vaşinqtonun Azərbaycana marağı azalıb.

BAKI, 17 dekabr - Sputnik. "ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden administrasiyasının Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionunda daha fəal rol oynacağına ümid edirəm".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda "Atlantik Council"-da Qlobal Enerji Mərkəzinin direktoru  Riçard Morninqstar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə "Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər" adlı vebinarda çıxışı zamanı deyib.

Sabiq səfir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında gedən müharibə Cozef Baydeni narahat edib. Bunu onun vəziyyətlə bağlı bir neçə bəyanat verməsi də göstərir.  

"Düşünürəm ki, Bayden üçün bu məsələlər Obama administrasiyasında olduğu kimi daha vacib olacaq və konstruktiv şəkildə müzakirə ediləcək. Biz Azərbaycanla enerji, təhlükəsizlik sahəsində yaxın əlaqələrimizi davam etdirməliyik. Dağlıq Qarabağ məsələsinə gəlincə, düşünürəm ki, Obama administrasiyası ilkin mərhələdə bu məsələyə diqqət göstərirdi. Xatırlayırsınızsa, o vaxt Dövlət katibi Hillari Klinton Azərbaycana səfər etdi, Bakıda Prezident Əliyevlə görüş keçirdi. Deməliyəm ki, xanım Klinton Prezident Əliyevi çox bəyənmişdi. Lakin sonralar mənim Bakıda səfir olduğum zamanlar bu marağın azaldığını gördük. Obama adminstrasiyasında Dağlıq Qarabağ məsələsinə diqqət azaldı. Bu məsələ Dövlət katibinin müavini və ya onun köməkçisi səviyyəsində müzakirə olunurdu, bu şəxslər regiona səfər edirdi. Yəni bir növ artıq yüksək səviyyəli rəsmilər maraq göstərmirdi. Düşünürəm ki, bu səhv idi", - səfir deyib.  

Morninqstar Tramp administrasiyasının beynəlxalq siyasətdə kənarda dayanmağı seçdiyinə, onun, demokratiya, insan haqları və digər məsələlərə qarışmadığına da diqqət çəkib:

"Tramp administrasiyası tamamilə prosesdən kənarda dayandı. Bəzən kənarda dayanmaq daha asan olur. Prezident Tramp bu məsələyə diqqət ayırmadı. Ümid edirəm ki, yeni adminstrasiya bu məsələyə daha yaxından diqqət göstərəcək və konstruktiv şəkildə onunla maraqlanacaq. ABŞ regionda daha aktiv rol oynamalı və Azərbaycana özünün balanslı siyasətini saxlamaq üçün kömək etməlidir". 

Dağlıq Qarabağın işğaldan azad edilməsini isə sabiq səfir Azərbaycan üçün böyük nailiyyət adlandırıb:

"Ötən illərdən sonra ölkə işğalda olan torpaqlarını geri qaytardı. İqtisadi və hərbi baxımdan ötən müddət Azərbaycanın xeyrinə işlədi. Burda həm də Rusiyanı unutmamaq lazımdır, Rusiyanın əlində kartlar var. Rusiya Ermənistanı fəlakətdən xilas etdi. Sual ondadır ki, nə vaxta qədər Rusiya Dağlıq Qarabağı və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni qoruyacaq. Ümid edirəm ki, bu məsələ həll olunacaq, çünki bu region ölkələrinin marağındadır, həmçinin də Ermənistanın. Amma düşünmürəm ki, bu məsələ yaxın zamanda kökündən həll olunsun".

Amerikalı səfir əlavə edib ki, hazırda Ermənistanda Azərbaycanla hər hansı kompromis üçün təşviqin olduğuna inanmır və bu, Rusiyanın Dağlıq Qarabağı qorumağa davam etdiyi müddətcə belə olacaq. "Hər halda pozitiv olaq və ümid edək ki, ATƏT-in Minsk Qrupu bu məsələnin həllində rol oynayacaq və regionda dayanıqlı sülh əldə olunacaq. Amma Rusiya Dağlıq Qarabağda olduğu müddətcə, Minsk Qrupunun hansısa rol oynamaq planının olması mümkün görünmür", - Morninqstar əlavə edib. 

Xəbər lenti
0