Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin növbəti dəfə xatırlatdı: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir"

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в режиме видеоконференции
Президент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в режиме видеоконференции - Sputnik Azərbaycan
Abunə olmaq
Putin xatırladıb ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb: "Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir".

BAKI, 17 dekabr — Sputnik. "Dağlıq Qarabağdakı gərgin vəziyyət uzun illər davam etdi. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, təmas xəttində tez-tez qarşıdurmalar baş verirdi: "Son nəticədə bu, münaqişə ilə nəticələndi. Biz həmişə, bu illər ərzində Qarabağ ətrafında 7 rayonun Azərbaycana qaytarılmasının lazım olması mövqeyindən çıxış etdik".

Putin xatırladıb ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb: "Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir".

Xəbər lenti
0