Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu başqa mərhələyə sıçrayışıdır: rus desantçılarını nə ilə silahlandırırlar

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidRus desantçıları
Rus desantçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin fikrincə, tanklar "qanadlı piyada"ların döyüş gücünü əhəmiyyətli dərəcədə artıraraq istənilən qarşıdurmada döyüş tapşırıqlarını daha yüksək səviyyədə yerinə yetirməyə imkan verəcək.

BAKI, 17 dekabr — Sputnik, Nikolay Protopopov. Çoxkilometrli yürüşlər, hərəkətlilik və təsirli atəş gücü ilə sınaqdan çıxarılmış etibarlılıq - Rus desantçıları "Lotos" 2S42 özüyeriyən artilleriya silahını qəbul etməyə hazırlaşır. Texnika artıq təhvil-təslim testindən keçib və elan edilmiş bütün taktiki-texniki xüsusiyyətlərini təsdiqləyib.

RİA Novosti-nin məqaləsində Rusiyanın Hava-Desant Qüvvələri üçün işlənib-hazırlanmış özüyeriyən silahlar və başqa texniki yeniliklərdən bəhs olunur.

Yüngülçəkili döyüşçü

"Lotos" təlim meydançasında 400 kilometrlik məsafəni qəzasız qət etdi və standart 120 millimetrlik silahdan 14 atəş açdı. Növbəti mərhələ - ilin sonunda başlanılması nəzərdə tutulan ilkin sınaqlardır.

Özüyeriyən silah ilk dəfə 2017-ci ildə geniş ictimaiyyətə nümayiş olundu, halbuki layihə 2009-cu ildən start götürmüşdü. Konstruktorlar desantçılar üçün "Sprut-SDM1" tank əleyhinə top əsasında 152 mm-lik "Zauralets" artilleriya kompleksi yaratmağı planlaşdırırdılar, ancaq sonda daha az gücə malik olsa da, daha çevik və yüngül vasitəyə üstünlük verdilər.

"Lotos" zamanla 1970-ci illərin sonunda istismara verilmiş "Nona" artilleriya və minaatan qurğusunu əvəz edəcək. BMD-4M ilə hissə və aqreqatları birləşdirən şassi silah üçün baza kimi istifadə olunub. Döyüş vasitəsinin kütləsi 18 tonu keçmir və 450 at gücündə bir dizel mühərrik onun magistral yolda saatda 70 kilometrə qədər sürətlə irəliləməsinə imkan verir. Güc ehtiyatı 500 kilometrdir. Digər desantçı texnikaları kimi "Lotos" da üzə və bir neçə metr dərinliyə qədər su maneələrini aşa bilir.

Silahı yaradan mütəxəssislər ilk növbədə heyətin yüksək dəqiqliyə malik silahlardan müdafiəsinə diqqət yetiriblər. Zireh yüngüldür: gövdə iriçaplı pulemyot atəşinə və qəlpə zərbələrinə tab gətirə bilər.

"Lotos" "Nona"nı əvəzləyəcək

Sələfi ilə müqayisədə "Lotos"un zərbə qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb. Qüllə hissəsi avtomatlaşdırılmış döyüş bölməsindən ibarətdirr. Silah uzaqdan idarə olunur. Topçu sürücü-mexaniklə birlikdə nəqliyyat vasitəsinin ön hissəsində, heyət komandiri və silahı dolduran isə qüllədə qərar tutur. "Lotos"un daha bir xüsusiyyəti bütün heyət üzvlərinin birlikdə təyyarədən atılmasının mümkünlüyüdür. "Nona"da isə komandir və sürücü-mexanikin avtomobildə qalmasına icazə verilir.

"Bu top "Lotos"un dizaynı, ölçüləri və çəkisi baxımından desant texnikasına çox uyğun gələn BMD-4 bazasında yaradıldığına görə seçilib", - deyə hərbi ekspert Aleksey Leonkov RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, ağırlıq və ölçü xüsusiyyətləri aşıldığı təqdirdə, İl-76 hərbi nəqliyyat təyyarəsi göyərtəsinə kifayət qədər özüyeriyən qurğu götürə bilməyəcək, döyüş əməliyyatlarında isə ən az iki ədəd belə texnikaya ehtiyac olur.

"Lotos"un döyüş gücü "Nona"dan iki dəfə çoxdur - təxminən 55 atəşlik. Lüləsi və ağız əyləci daha uzun olduğundan təsirli atəş məsafəsi 13 kilometrə çatır. Bununla belə, silahın yaradıcılarının sözlərinə görə, xüsusi döyüş sursatı 20 kilometrə qədər uçma qabiliyyətinə malikdir.

Silah üfüqi səthdə 360 dərəcə dönə bilir, şaquli vəziyyətdə isə topun yüksəlmə bucağı mənfi 4-dən müsbət 80 dərəcəyə qədərdir. Yəni, bu özüyeriyən silah artilleriya topu, qaubisa (qısalüləli ağır top) və ya minaatan kimi atəş aça bilir.

Bundan başqa, texnikanın içində heyət olmsa belə, tam avtomatik rejimdə atəş açmağa qadirdir. Köməkçi hərbi sursat - uzaqdan idarə olunan 7,62 mm-lik pulemyotdan ibarətdir.

Leonkovun sözlərinə görə, müasir kommunikasiyalar sayəsində yeni özüyeriyən silahı asanlıqla avtomatlaşdırılmış bir idarəetmə sisteminə inteqrasiya etmək mümkündür.

Tanklar və "Sprut"lar

"Lotos" məxsusi olara Hava-Desant Qüvvələri üçün işlənib-hazırlanmış yeganə yenilik deyil. Qarşıdakı illərdə bu qoşun növü ən müasir silahlarla təchiz ediləcək. Yeri gəlmişkən, yeni nümunələrin çoxu ciddi şəkildə "ağırlaşdırılıb" və daha böyük zərbə gücünə malikdir. Məsələn, iki ildən sonra "Sprut-SDM1"-in dövlət sınaq müddəti başa çatır: 125 millimetrlik bu artilleriya-raket kompleksi döyüş gücü baxımından T-80 və T-90 əsas döyüş tanklarından heç də geri qalmır, hərəkətlilik baxımından isə yüngül BMD-lərə yaxınlaşır. "Sprut"lardan döyüş meydanlarının müdafiəsində, düşmənin arxa cəbhəsinə sürətli hücumlar vaxtı, həmçinin yürüşdə olan yüngül zirehli maşınları qorumaq məqsədilə istifadə etmək nəzərdə tutulub.

"Bu gün NATO-nun yüngül zirehli avadanlığı getdikcə daha iriçaplı avtomatik toplarla təchiz olunur. Odur ki döyüş tapşırıqlarını köhnə zirehli texnika ilə yerinə yetirmək bizim üçün nəinki məsrəfli, həm də öldürücü addım olardı", – Leonkov belə deyir.

Son vaxtlar Hava-Desant Qüvvələrinin tərkibində tam təchizatlı tank bölmələri yaradılır. Qərdbdə onlara aeromobil bölmələr deyilir. Xüsusilə də ötən il üç desant birləşməsinin tərkibində T-72B3 tanklarına malik batalyonlar yaradılıb. Gələcəkdə Hava-Desant Qüvvələrinin daha beş birləşməsi ağır texnika ilə təchiz olunacaq.

Mütəxəssislərin fikrincə, tanklar "qanadlı piyada"ların döyüş gücünü əhəmiyyətli dərəcədə artıraraq istənilən qarşıdurmada döyüş tapşırıqlarını daha yüksək səviyyədə yerinə yetirməyə imkan verəcək.

Xəbər lenti
0