Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycandan pomidor idxalına qismən icazə verdi

© AFP 2024 / ALBERTO PIZZOLIУрожай томатов, фото из архива
Урожай томатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Azərbaycanın daha iki istixana müəssisəsindən pomidor idxalına icazə verilməsi məsələsinə baxılır

BAKI, 16 dekabr — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən "Aqroterm" MMC-dən pomidor idxalına icazə verib.

Sputnik Azərbaycan xəbər verir ki, Xidmətin məlumatına görə, hazırda Azərbaycanın daha iki istixana müəssisəsindən pomidor idxalına icazə verilməsi məsələsinə baxılır.

"Rosselxoznadzor"un məlumatında deyilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə aparılan danışıqlarda Azərbaycan tərəfi məhsullarda zərərvericilərlə bağlı araşdırmalar barədə informasiya və monitorinqin nəticələrini təqdim edib.

Hazırda Azərbaycanın səlahiyyətli təşkilatları ilə bu istiqamətdə iş davam etdirilir.

Qeyd edək ki, Rusiya dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Bu barədə qərarı "Rosselxoznadzor" qəbul edib. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər:

"Fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün "Rosselxoznadzor" 2020-ci il dekabrın 10-dan etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalıb".

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva mətbuata açıqlamasında deyib ki, Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparır və araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172 min tondan çox olub. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Xəbər lenti
0