QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əsir əsgərin şad xəbəri: təbrikə gələnlərin arası kəsilmir - FOTO

© Sputnik / Ilham MustafayevAmin Musayev
Amin Musayev - Sputnik Azərbaycan
Abunə olmaq
"Sevincimdən telefon əlimdən yerə duşdü... Qulağıma, gözümə inanmadım" - əsirlikdən qayıdan Amin Musayevin anası

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Vətən müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən əsgərlərimiz vətənə qaytarılıblar. Onların içərisində Şuşa ətrafındakı döyüşlərdə yaralı şəkildə əsir götürülən 26 yaşlı Amin Musayev də var.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ailənin tək övladı olan Amin Musayevin əsir götürülərkən çəkilən videogörüntüləri sosial şəbəkələrdə yayılmışdı. Ötən gün Aminin də qaytarılan əsirlər arasında olması xəbərini ailəsi böyük sevinclə qarşılayıb. Amin ötən gün axşam saatlarında anası və dayısı ilə telefonla danışıb.

© Sputnik / Ilham MustafayevAmin Musayevin anası
Əsir əsgərin şad xəbəri: təbrikə gələnlərin arası kəsilmir - FOTO - Sputnik Azərbaycan
Amin Musayevin anası

Aminin anası Hicran Sadiqova sevincinin sözlə ifadə edə bilmədiyini söyləyib:

“Bir də gördüm, evə zəng gəldi. İnanmadım ki, bu, oğlumdur. Dedi: "Mama, nətərsən?" Sevincimdən telefon əlimdən yerə duşdü... Qulağıma, gözümə inanmadım. Bu yaxın müddətdə prezidentimiz mənim övladımı mənə qaytardı. Bir Azərbaycan qadını kimi prezidentimizlə fəxr edirəm. Dünəndən sevincli anlarım bitmir, dünəndən heç yatmamışam...”

Dayısı Sənan Sadiqov deyir ki,  Aminin qayıtması xəbəri çıxandan evlərinə təbrikə gələnlərin ardı-arası kəsilmir: “Aminlə bir-iki kəlmə danışdıq. Dedi, yaxşıyam, salamatlıqdır, görüşərik. Çox elə dərindən danışmadıq. Mən sevincdən danışa da bilmədim”.

© Sputnik / Ilham MustafayevAmin Musayevin ailə üzvləri
Əsir əsgərin şad xəbəri: təbrikə gələnlərin arası kəsilmir - FOTO - Sputnik Azərbaycan
Amin Musayevin ailə üzvləri

Qeyd edək ki, Amin Musayev Ağstafa şəhərində yaşayır. Könüllü olaraq sentyabrın 29-dan Vətən müharibəsində iştirak edən Amin işğal altında olan rayon və kəndlərimizin azad olunmasında iştirak edib.

Xəbər lenti
0