QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kreml Dağlıq Qarabağda atəşkəsin pozulmasına münasibət bildirdi

© AFP 2023 / ALEXANDER NEMENOVВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, bizim sülhməramlılarımız üçün əlavə gərginlikdir", - deyən Peskov hadisədən dərhal sonra operativ şəkildə əlaqə yaradıldığını açıqlayıb

BAKI, 14 dekabr — Sputnik. Rusiya son günlər ermənilərin Qarabağda yenidən atəşkəsi pozmasına münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Dağlıq Qarabağda həyəcanverici vəziyyət yaşansa da, onun qarşısı operativ şəkildə alınıb.

Baş verənlər barədə məlumatın az olduğunu vurğulayan Peskov Rusiya tərəfinin vəziyyəti izlədiyini deyib.

"Bu, bizim sülhməramlılarımız üçün əlavə gərginlikdir", - deyən Peskov hadisədən dərhal sonra operativ şəkildə əlaqə yaradıldığını açıqlayıb.

"Bizim tədqim edə biləcəyimiz bütün informasiya bundan ibarətdir. Həqiqətən də həyəcanverici vəziyyət yaranmışdı, ancaq operativ şəkildə qarşısı alındı" , - deyə o, jurnalistlərin Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı suallarını cavablandırarkən bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0