QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Otuz üç yaşlı qəhrəman: "Biz döyüşçüyük, gördüyümüz işi qarşılıqsız edirik"

© Sputnik / Rahim MammadovVətən Müharibəsinin Qəhrəman Elnur Şirinov
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov - Sputnik Azərbaycan
Abunə olmaq
Mayor Elnur Şirinov: "Döyüşə başlayanda bir an da olsa ağlıma gəlmirdi ki, birdən torpaqlarımızı geri qaytara bilmərik".

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Tarixi qələbədə onun da payı böyükdür. 33 il öncə Mingəçevirdə dünya gələn Elnur Şirinov bu gün qalib ölkənin qəhrəman zabitlərindədir. Çətin döyüş yolu keçib qələbə də pay sahibi olan qəhrəman hərbçi artıq doğmalarının yanına qayıdıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində E.Şirinov qalib ölkənin zabiti olmaqla şərəf duyduğunu bildirib. Çətin döyüşlərin Şuşada keçdiyini deyən mingəçevirli mayor, Xarı bülbülün vətənini azad etdikdən sonra ermənilərin qüvvəsinin qalmadığını, artıq oların darmadağın olduğunu deyib:

© Sputnik / Rahim Mammadov
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinovun övladları - Sputnik Azərbaycan
1/3
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinovun övladları
© Sputnik / Rahim Mammadov
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov - Sputnik Azərbaycan
2/3
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov
© Sputnik / Rahim Mammadov
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov ailəsi ilə birgə - Sputnik Azərbaycan
3/3
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov ailəsi ilə birgə
1/3
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinovun övladları
2/3
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov
3/3
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov ailəsi ilə birgə
"Mən Füzuli şəhərindən başlamışam döyüşə, açığı deyim bir gündə, bir saat, bir anda olsa belə mənim ağlıma gəlmirdi ki, torpaqlarımız birdən geri qaytara bilmərik. Tək məndə yox, döyüş yoldaşlarımda da elə bir ruh yüksəkliyi vardı ki, döyüşü uduzacağımız ağlımıza belə gəlmirdi. Biz o qədər özümüzə əmin idik. Çünkü qarşımızda olan erməni idi, biz artıq onları tanımışdıq, onların üstünə gedəndə qaçırdılar. Qaçan adamdan kim qorxacaq ki? Biz öz gücümüzü də, onların gücünü də bilirdik. Artıq Şuşa da alınanda Ali Baş Komandanın dediyi kimi, düşmənin belinin qırıldığını gördük".

44 günlük müharibədə şərəfli döyüş yolu keçən Elnur Şirinovu ölkə başçısı "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edib. Zəfər paradında iştirak edən qəhrəman zabitimiz, qazanılan qalibiyyətdə tək onun deyil şəhid, qazi və hazırda döyüşən hərbçiləri yoldaşlarının birgə əməyi olduğunu bildirib:

© Sputnik / Rahim MammadovVətən Müharibəsinin Qəhrəman Elnur Şirinov
Otuz üç yaşlı qəhrəman: Biz döyüşçüyük, gördüyümüz işi qarşılıqsız edirik - Sputnik Azərbaycan
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov
"Cənab ali baş komandanın verdiyi sərəncama əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşəm. Bu medalı mən tək qazanmamışam. Bu, döyüş yoldaşlarımın sayəsində onlarla birlikdə olduğum döyüş zamanı qazanılıb. Şəhidlərimizin, mənim tabeçiliyimdə olan şəxsi heyətin sayəsində bu medala layiq görülmüşəm. Sağ olsun Ali Baş Komandan ki, bu adı mənə layiq görüb. Biz döyüşçüyük, gördüyümüz işi qarşılıqsız edirik. Yenə də təşəkkür edirəm".
© Sputnik / Rahim MammadovVətən Müharibəsinin Qəhrəman Elnur Şirinov
Otuz üç yaşlı qəhrəman: Biz döyüşçüyük, gördüyümüz işi qarşılıqsız edirik - Sputnik Azərbaycan
Vətən Müharibəsinin Qəhrəman Elnur Şirinov

Mayor Elnur Şirinovun qalib hərbçi kimi evinə dönməsi ailəsini, övladlarını daha çox sevindirib. Anası Solmaz Şirinova oğlu ilə qürur duyduğunu deyir:

"Axırıncı dəfə oğluma zəng edəndə, 10 gün idi ki, onunla danışmamışdım. Dedim, oğul özünü qoru. O isə mənə dedi: "Ana, qismət. Mən vətən uğrunda döyüşürəm. Şəhid olsam da, fəxr edərsən ki, vətənim uğrunda şəhid olmuşam". Mən belə bir xoşbəxt anayam".

"Vətən Müharibəsi Qəhrəmanı" Elnur Şirinov ona verilən məzuniyyəti başa vurduqdan sonra yenidən xidmətini davam etdirəcək.

Xəbər lenti
0