Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlin nüvə təlimi: Rusiya Strateji Nüvə Qüvvələrinin döyüş başlıqları necə işləyir

© Photo : RUSSIAN DEFENCE MINISTRY / Mediabanka keçidУчебно-боевой пуск баллистической ракеты с борта новейшего корвета "Гремящий"
Учебно-боевой пуск баллистической ракеты с борта новейшего корвета Гремящий - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqton silahların məhdudlaşdırılması ilə bağlı beynəlxalq müqavilələrindən davamlı olaraq imtina etdiyindən, Moskva hadisələrin istənilən gedişatına hazırlıqlı olmağa çalışır.

Aleksandr Xrolenko, hərbi icmalçı

BAKI, 12 dekabr — Sputnik. Rusiya Federasiyası bu ilin son günlərində keçirdiyi nüvə üçlüyü strateji raketlərinin (səmada, dənizdə və quruda) yaylım atəşli təlimi ilə bir daha xatırlatdı ki, onunla münasibətdə hərbi-siyasi təzyiqlər və ultimatumlar mənasızdır.

Rusiya Silahlı Qüvvələri dekabrın 9-da Strateji Nüvə Qüvvələrinin (SNQ) idarə olunması ilə bağlı təlim keçirib. Təlim zamanı Barents dənizi hövzəsindən, Plesetsk kosmodromundan, həmçinin Tu-160 və Tu-95MS təyyarələrindən "Yars" və "Sineva" ballistik raketləri və yüksək dəqiqliyə malik, uzun mənzilli, qanadlı X-101 və Kh-555 raketləri atılıb. Şimal Donanmasının nüvə sualtı qayığının, Strateji Təyinatlı Raket Qoşunları və strateji aviasiya ekipajlarının hesablamaları uğurla sınaqdan keçirilib - döyüş təyinatı xətlərindən minlərlə kilometr məsafədəki Kura (Kamçatka yarımadası) və Pemboy (Komi Respublikası) poliqonlarındakı hədəflər "zərərsizləşdirilib". Xatırladaq ki, "Yars" qitələrarası ballistik raketlərinin maksimum uçuş məsafəsi 11000 km, "Sineva" raketlərinin isə 8300 km-dir. Həmçinin, havadan atılan qanadlı raketlər X-101 5500, X-555 isə 2500 km uçuş məsafəsinə malikdir.

SNQ təliminin əsas səbəbi – texniki sınaqdır. Rusiya qisas silahının etibarlılığını yoxlayır. Vaşinqton silahların məhdudlaşdırılması ilə bağlı beynəlxalq müqavilələrindən davamlı olaraq imtina etdiyindən, Moskva hadisələrin istənilən gedişatına hazırlıqlı olmağa çalışır.

Hətta Amerikanın "The National Interest" nəşri də etiraf edir ki, Şimali Atlantika İttifaqının Rusiya Federasiyası sərhədləri yaxınlığında yüksək hərbi aktivliyi təhlükəsizlik məsələsində zəiflik əmələ gətirir və bu da Moskvanı yeni silahların yaradılmasına sövq edir. Genişmiqyaslı hərbi qarşıdurma baş verərsə, Rusiyanın Strateji Nüvə Qüvvələri NATO-nun konvensional silahlardakı üstünlüyünü asimmetrik və dərhal kompensasiya etmə fürsəti yaradacaq. Müxtəlif gücə malik nüvə ehtiyatı diapazonu düşmən obyektlərini və hədəflərini məhv etmək tapşırıqlarının diferensial həllinə imkan verir.

RF Silahlı Qüvvələrinin Ali Baş Komandanının idarəetmə sisteminə və "nüvə portfeli"nə toxunmadan, SNQ-in tərkib hissələrinin və döyüş başlıqlarının necə işlədiyini nəzərdən keçirək.

Nüvə üçlüyü

Nüvə başlığı daşıyıcılarının döyüş istifadəsi sahələrində - havada, dənizdə və quruda paylanması – gizlilik, texnoloji etibarlılıq, döyüş davamlılığı və qisas silahlarının effektivliyini maksimum dərəcəyə çatdırmağa imkan verir.

Məsələn, "Sineva" qitələrarası ballistik raketi tamamilə gizli və gözlənilməz şəkildə - sualtı mövqedən (Dünya Okeanının hər hansı bir nöqtəsindən) start götürür. Nüvə üçlüyün hər bir komponenti müstəqil şəkildə strateji tapşırığı yerinə yetirməyə qadirdir. Döyüş inteqrasiyası isə problemin qeyd-şərtsiz və zəmanətli həllini təmin edir.

Yalnız ABŞ və Rusiya tam hüquqlu nüvə üçlüyünə sahibdir, eyni zamanda, bu ölkələr planetdə yaradılan döyüş başlıqlarının 90 faizdən çoxuna malikdirlər.

Dekabrın 9-da Amerikanın RC-135 S kəşfiyyat təyyarəsinin Alyaskadakı bir aviabazadan havaya qalxaraq Rusiya sərhədləri yaxınlığında, Berinq dənizi üzərində uzunmüddətli uçuş həyata keçirməsi heç də təsadüfi deyildi. Bu Rusiyaya məxsus qitələrarası ballistik raketlər və strateji nüvə qüvvələrinin işi haqqında telemetrik məlumatların toplanması demək idi.

Rusiya Federasiyasının nüvə hücumun qarşısını almaqla bağlı dövlət siyasəti cavab nüvə zərbəsinin endirilməsi üçün dörd şərti özündə ehtiva edir: Rusiya və müttəfiqlərinin ərazisinə ballistik raketlərin atılması, kütləvi qırğın silahları ilə zərbə endirilməsi, mühüm dövlət və ya hərbi obyektlərə təsir göstərilməsi və Rusiyanın varlığını təhdid edən konvensional silahlarla hücum. RF Silahlı Qüvvələrinin Baş Qərargahı bu təsnifatı belə konkretləşdirir: düşmənin hansı silah növü ilə hücuma keçdiyini təyin etmək mümkün olmadığından Rusiya Federasiyasına tərəf uçan hər hansı bir ballistik döyüş başlığı nüvə silahı hesab olunur.

Qərb "tərəfdaşları" bunun fərqində olsalar da, Arktika, Baltik, Qara dəniz və Sakit okean bölgələrində təxribat xarakterli hərbi fəaliyyətlərini məhdudlaşdırmırlar.

Bir qədər bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Rusiya Federasiyasına zərbə endirməklə bağlı sınaq uçuşları keçirdiklərini açıqlamışdı. Bura Amerikanın B-52 bombardmançı təyyarələrinin Sankt-Peterburq və Kalininqrad şəhərləri yaxınlığındakı son dərəcə təhlükəli uçuşları da daxildir. Odur ki Rusiyanın reaksiyası məntiqəuyğundur.

Rusiya Federasiyasının strateji nüvə qüvvələri "Yars", "Sarmat" və "Avanqard" da daxil olmaqla, yeni raket sistemlərini qrafikdə nəzərdə tutulduğundan əvvəl əldə etməyə başlayıblar.

Nüvə sualtı qayıqları, Strateji Təyinatlı Raket Qoşun hissələri, raket daşıyan bombardmançı təyyarələr ayrı-ayrı hədəflərə və ya istiqamətlərə (lazım gələrsə) dərhal cavab zərbəsinə hazır vəziyyətdə daimi (gecə-gündüz) döyüş hazırlığına gətirilib. Mütəmadi olaraq Rusiya nüvə üçlüyünün bütün komponentlərinin eyni vaxtda iştirak etdiyi təlimlər keçirilir.

Zəncirvari reaksiya

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Strateji Nüvə Qüvvələrinin təlim keçirdiyi gün bu sözləri söyləmişdi: "Nüvə müharibəsinin yolverilməzliyini və onu qazanmağın mümkünsüzlüyünü vaxtında və hər baxımdan təsdiqləmək son dərəcə vacibdir".

Bir qədər bundan əvvəl rus "strateqləri" "Rusiyaya nüvə raket zərbəsindən sonra" vəziyyətini məşq etmişdilər. Ehtimal olunan təcavüzkara verilən şərti cavab o qədər inandırıcı təsir bağışlamışdı ki, NATO birdən-birə ifadə tonunu dəyişərək "yanlış hesablamalar və anlaşılmazlıqlardan çəkinməyə" çağırmışdı.

Orenburq yaxınlığında həyəcan vəziyyətinə gətirilmiş "Avanqard" hipersəsli döyüş vahidləri (Rusiya müdafiə təhlükəsizliyi qabiliyyətinin texnoloji zirvəsi) qətiyyətli şəkildə düşmən ərazisindəki hədəflərə doğru start götürür.

Qitələrarası ballistik raketin (UR-100N UTTKh) köməyi ilə blok Yer kürəsinin ətrafında dolaşmaq və nəzərdə tutulduğu vaxt hədəfdən minlərlə kilometr məsafədə atmosferə girmək qabiliyyətinə malikdir. Daha sonra gözlənilməz bir trayektoriya ilə saatda 24 min kilometrə qədər sürətlə "Avanqard" uçub gəlir. Beləliklə, düşmən obyektinin məhvinə zəmanət verilir. Bundan qaçış yeri yoxdur.

"Sineva" üçüncü RSM-54 üçüncü nəsil qitələrarası ballistik raketi strateji nüvə sualtı qayıqlarına yerləşdirilib. Raketin başlanğıc çəkisi təxminən 40 tondur və o, hər biri 100 kiloton olan dörd və ya on döyüş başlığı daşıya bilir. Maksimum uçuş məsafəsi 11500 km-ə qədərdir.

Rusiya Federasiyası ərazisindən və ya neytral su hövzələri üzərindəki hava məkanından bombardmançı-raket daşıyıcısından buraxılan X-101 strateji qanadlı raketi saniyədə 270 metrə qədər sürətlə 30 metrdən 10 kilometrə qədər yüksəkliklərdə 5500 kilomert məsafə qət etmək qabiliyyətinə malikdir. Və bu raket çəkisi 430 kiloqrama qədər olan döyüş başlığını çox dəqiqliklə hədəfə "çatdırır".

Xəbər lenti
0