Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov sərt danışdı: "İranın Qarabağ mövzusunda maraqlı olduğunu xatırlamıram"

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici işlər naziri olduğum bu illər ərzində iranlı həmkarlarımla olan çoxsaylı kontaktlar zamanı Qarabağ mövzusunun maraq doğurduğunu və məsləhətləşmələr və ya danışıqlar zamanı səsləndirildiyini xatırlamıram

BAKI, 12 dekabr — Sputnik. Qarabağ münaqişəsinin nizamlanması üçün formatın seçimi Azərbaycan və Ermənistana qalmışdı, Bəyanatda iştirakçıların tərkibi və İranın sülh planına əhəmiyyət verilməməsinin səbəbi budur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

"İndi nizamlanmaya kimin, nə vaxt kömək etməsi barədə düşünmək lazım deyil. Bir daha vurğulamaq istəyirəm ki, format seçimini Azərbaycan və Ermənistan edirdi. Məhz bəyanatın iştirakçılarının tərkibi bununla bağlı idi. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola bilməzdi. İndi əldə olunmuş bütün razılaşmaları necə tamamlayacağımızı və qarşıdurma bölgəsini birgə yaşayış bölgəsinə, ən yaxşısı isə yaxşı qonşuluq və əməkdaşlıq bölgəsinə necə çevirəcəyimizi düşünmək vacibdir", - deyə Lavrov "Niyə İranın sülh planına lazımi diqqətin ayrılmaması" barədə sualı cavablandırarkən bildirib.

Экзамен во время пандемии  - Sputnik Azərbaycan
QARABAĞ
İşğaldan azad edilən ərazidə Qarabağ Universiteti yaradılacaq - AMEA

"Dağlıq Qarabağ məsələsində biz qan tökülməsinin qarşısını almaq istəyirdik. Münaqişə tərəfləri - Ermənistan və Azərbaycan - Rusiya Federasiyasının vasitəçiliyi ilə bunu etməkdə maraqlı olduqlarını bildirdilər. Burada heç bir pərdəarxası məqam yoxdur. Yeri gəlmişkən, xarici işlər naziri olduğum bu illər ərzində iranlı həmkarlarımla olan çoxsaylı kontaktlar zamanı Qarabağ mövzusunun maraq doğurduğunu və məsləhətləşmələr və ya danışıqlar zamanı səsləndirildiyini xatırlamıram", - deyə Lavrov qeyd edib.

O vurğulayıb ki, İranın narahatlığı anlaşılandır, çünki Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir edəcək. Yeri gəlmişkən bu maraqlar amerikalıların İrana qarşı tətbiq etdiyi və genişləndirdiyi sanksiyalarla bağlı daha da kəskinləşir.

"Uzun illər hamı tərəfindən razılaşdırılmış əsas prinsipdən imtina etmək mümkün deyil: Münaqişənin nəticəsi bütün regionda münasibətlərin normallaşmasıdır. Ermənistan, Azərbaycan və Rusiya Federasiyası liderlərinin bu il 9 noyabr tarixli ortaq bəyanatında mövcud olan və İran tərəfinin təşəbbüsü ilə münaqişə zamanı ortaya çıxan magistral istiqamətlər aydın şəkildə göstərilib", - deyə Lavrov bildirib.

Xəbər lenti
0