BAKI, 12 dekabr - Sputnik. Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib. Sputnik Azərbaycan bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hal-hazırda atəşkəs rejiminə riayət olunur.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl bildirib ki, dekabrın 11-də Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb.