Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xaricdə rus peyvəndini gözdən salmaq üçün vəsait ayrılıb

© © Handout / Russian Direct Investment Fund / AFPВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sputnik V" peyvəndinə qarşı informasiya kampaniyası Qərbin Rusiyanı cilovlamaq üçün göstərdiyi hərbi səylərlə paralel aparılır.

BAKI, 11 dekabr — Sputnik. Hərbi ekspert İqor Korotçenko RİA Novosti-yə verdiyi müsahibədə Qərbin "Sputnik V" koronavirus peyvəndini nüfuzdan salmaq cəhdləri ilə NATO ölkələrinin Rusiyanı cilovlamaq üçün göstərdiyi hərbi səylər arasında əlaqə olduğunu bildirib.

Bir qədər bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov xaricdə rus peyvəndi "Sputnik V"ni nüfuzdan salmaq üçün xüsusi vəsaitin ayrıldığını bəyan etmişdi. O, həmçinin tezliklə guya rus peyvəndinin təhlükəli olması və ondan kütləvi şəkildə imtina ilə bağlı bir sıra yalançı analitik təhqiqatların və yalançı şahidlərin ortaya çıxacağı barədə xəbərdarlıq da etmişdi.

Peyvəndin yaradılmasını böyük siyasət və təhlükəsizlik məsələsi adlandıran Korotçenkonun sözlərinə görə, "Sputnik V" peyvəndinə qarşı informasiya kampaniyası Qərbin Rusiyanı cilovlamaq üçün göstərdiyi hərbi səylərlə paralel aparılır.

"Bu, Rusiya peyvəndinin dünya bazarına çıxmasının qarşısını almaq üçün gözdən salınmasıdır. Axı bu peyvəndə yüzlərlə ölkə maraq göstərir... Özü də peyvənd məsələsi və bütün bu təxribat səyləri hərbi fonda baş verir. Ona görə də NATO ölkələri, ilk növbədə isə ABŞ tərəfindən Rusiya Federasiyasına qarşı kompleks siyasət kimi qiymətləndirilməlidir", – deyə ekspert bildirib.

Xatırladaq ki, avqust ayında Rusiya Səhiyyə Nazirliyi N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış və COVID-19-un qarşısının alınması üçün nəzərdə tutulan dünyada ilk peyvəndi qeydə alıb. Preparata "Sputnik V" adı verilib. Təhlükəsiz, effektiv və uzunmüddətli mənfi təsirləri olmayan peyvənd yaxşı öyrənilmiş və yoxlanılmış insanın adenoviral vektor platforması əsasında işlənib hazırlanıb.

Xəbər lenti
0