BAKI, 11 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Moskvanın mərkəzindəki məscid və mədrəsə binalarından ibarət kompleksin tarixi görünüşünün bərpa edilməsinə köməklik göstərilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, müvafiq qurumlar 2021-ci ilin mart ayının 1-nə kimi prezidentə bu barədə hesabat verməlidir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı xəbərə görə, dini icmaların nümayəndələri ilə görüşdən sonra müvafiq təlimatlar siyahısı Kremlin saytında dərc edilib.
"Rusiya Federasiyası hökuməti Moskva meriyası ilə birlikdə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinə məscid-mədrəsə bina-kompleksinin tarixi görünüşünün bərpa edilməsinə köməklik göstərsin", – deyə sərəncamda bildirilir.
Sərəncamın icrasına nəzarət Rusiyanın baş naziri Mixail Mişustin və Moskva meri Sergey Sobyaninə tapşırılıb.