Bakıda keçirilən Zəfər paradında raket və artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri daxil olmaqla 150-yə yaxın müasir hərbi texnika nümayiş etdirilib.
Respublikada ən çox gözlənilən bu tədbirdə üç mindən çox hərbçi iştirak edib.
Qeyd edək ki, hərbi paradda iştirak etmək üçün Prezident Rəcəb Tayib Ərdoğan başda olmaqla Türkiyədən böyük nümayəndə heyəti Bakıya gəlib. Türkiyə hərbçiləri də Azərbaycan əsgərləri ilə birgə mərkəzi meydanda yürüş ediblər.