QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan: "Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı"

© AP Photo / Nedim EnginsoyПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib.

BAKI, 9 dekabr - Sputnik. “Ermənistanın sentyabrın 27-də başlatdığı hücumun ardından şanlı Azərbaycan Ordusu işğal altındakı Qarabağı və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirib”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

“Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı”, - o qeyd edib.

Xəbər lenti
0