Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin SSRİ-ni nümunə gətirdi – Buna yol vermək olmaz

© AP PhotoФлаг СССР в Крыму, фото из архива
Флаг СССР в Крыму, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
O vaxt belə deyirdilər: Sovet İttifaqında hər şey var, yalnız hamıya çatmır. Lakin onda defisit olduğu üçün çatmırdı.

BAKI, 9 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin insanların, SSRİ-də olduğu kimi, ərzaq ala bilmədiyi bir vəziyyətin qarşısını almağa çağırıb. O qeyd edib ki, həmin vaxt defisit var idisə, indi insanların pulu çatmaya bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə iclas zamanı bildirib.

"Baxın, Sovet İttifaqındakı kimi olmasın. Xatırlayırsınız, o vaxt nə deyirdilər? Siz cavan adamlarsınız, ola bilsin ki, xatırlamırsınız, mən isə xatırlayıram. O vaxt belə deyirdilər: Sovet İttifaqında hər şey var, yalnız hamıya çatmır. Lakin onda defisit olduğu üçün çatmırdı. İndi isə insanların müəyyən məhsulları bazarda müşahidə etdiyimiz qiymətlərlə almağa kifayət qədər pulu olmaya bilər. Biz bu barədə ikinci iclasda danışacağıq", - deyə Putin qeyd edib.

 

Xəbər lenti
0