Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

SSRİ-nin sonuncu müdafiə naziri, marşal Şapoşnikov vəfat edib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidУчастники шествия с флагом СССР у Кремлевской стены в Москве
Участники шествия с флагом СССР у Кремлевской стены в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi dairələr aviasiya marşalının Şapoşnikovun koronavirus infeksiyasından dünyasını dəyişdiyini bildirirlər. 

BAKI, 8 dekabr - Sputnik. SSRİ-nin son müdafiə naziri, aviasiya marşalı Yevgeni Şapoşnikov 78 yaşında vəfat edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rusiya Hərbi Rəislər Klubu” aparatının rəhbəri Nikolay Deryabin bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi Mıtişi şəhərindəki Federal Hərbi Memorial Qəbiristanlığında keçiriləcək. Keçmiş hərbi xidmət rəhbərinin ölümünün səbəbi barədə məlumat verilmir.

Tibbi dairələr Şapoşnikovun koronavirus infeksiyasından dünyasını dəyişdiyini bildirirlər. 

Y.Şapoşnikov 1942-ci ildə anadan olub, 1959-cu ildən Sovet Hərbi-Hava Qüvvələrində xidmət edib. 23 avqust tarixindən 26 dekabr 1991-ci il tarixinədək SSRİ Müdafiə naziri vəzifəsində çalışıb, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib.

Xəbər lenti
0