Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya tank döyüşünün yeni taktikasını sınaqdan keçirir

© Sputnik / Maksim Blinov / Mediabanka keçidТанки Т-72 во время командно-штабных учений "Кавказ-2020" на полигоне "Раевский" в Новороссийске
Танки Т-72 во время командно-штабных учений Кавказ-2020 на полигоне Раевский в Новороссийске - Sputnik Azərbaycan
Abunə olmaq
"Terminator" üçün mövcud hədəflərin nomenklaturası qeyri-adi dərəcədə genişdir - piyadalar, tanklar, yüngül zirehli texnika, aşağıdan uçan helikopterlər, PUA-lar, sahə istehkamları.

BAKI, 8 dekabr — Sputnik, Andrey Kots. Silahlanmış, zirehli və universal – Çelyabinsk yaxınlığındakı poliqonlardan birində tank və döyüş maşınlarının və onları dəstəkləyəcək Terminator Tankları Dəstəkləyən Hərbi Maşınların (TDHM) ilk birgə təlimi baş tutdu. TDHM-lər Mərkəzi Hərbi Dairənin T-72 Qvardiya Diviziyası ilə bir cərgədə dayanaraq nəhəng atəş gücünü nümayiş etdirdi. RİA Novosti-nin məqaləsində bu döyüş texnikasının xüsusiyyətləri haqqında geniş bəhs olunub.

Çeçen təcrübəsi

Müdafiə Nazirliyinin yayımladığı videoda "Terminator"lar əsas zəncirin arxasında, ağır zirehli texnika arasındakı boşluqlarda irəliləyirdi. Tanklar 125 millimetrlik silahlardan atəş açarkən, TDHM heyəti döyüş sahəsini diqqətlə araşdırır. "Düşmən" əsgərləri gözə dəyən kimi 30 millimetrlik cüt toplardan yaylım atəşi açılır. "Terminatorlar"ın əsas vəzifəsi də elə budur: tankları əl bombası və tank əleyhinə sistemlərlə silahlanmış piyadalardan qorumaq.

TDHM-lər üzərində iş hələ 1980-ci illərdən aparılsa da, bu layihə ilə daha ciddi şəkildə birinci çeçen kampaniyasından sonra məşğul olmağa başlanıldı. 1995-ci ilin yanvarında Qroznıya basqın göstərdi ki, tanklar piyadalarla döyüşlərdə son dərəcə həssasdır. Binaların yuxarı mərtəbələrinə çıxmış döyüşçülər federal qüvvələrin zirehli maşınlarını asanlıqla məhv edə bilirdilər.

Çeçenlər pulemyot və snayperdən açılan atəşlə tankları düşmənin zirehdələn silahla silahlanmış əsgərlərindən qorumalı olan motoatıcıları uğurla zərərsizləşdirirdilər.

Suriyada sınaqdan keçirildi

TDHM-lərin ilk prototipi olan "Obyekt 199 "Ramka" 2001-ci ildə ortaya çıxdı. Ancaq bu maşının taleyi yaxşı gətirmədi. Müdafiə Nazirliyi uzun illər müxtəlif səbəblərdən (əsəsən, maliyyə problemləri ucbatından) onu tətbiqinə başlamadı.

TDHM-lərin bir rotasını yaratmaq planlaşdırılsa da, bu texnikadan qoşunlarda istifadə olunmadı. Komandanlıq yeni nəqliyyat vasitələri almaqdan və bu layihə üçün köhnəlmiş tankların konservasiyasından imtina etdiyini açıqladı. On ədəd TDHM isə Qazaxıstana satıldı.

Bununla belə, "Terminator"lar müntəzəm olaraq müxtəlif beynəlxalq silah sərgilərində nümayiş etdirilirdi.

Азербайджанская армия разгромила бронетанковое подразделение противника - Sputnik Azərbaycan
VİDEO
Ermənistan SQ-nin zirehli tank bölməsi darmadağın edildi - video

Və 2017-ci ilin yayında bir neçə TDHM döyüş tapşırığı ilə Suriyaya göndərildi. Kamuflyaj torunun altındakı bir avtomobil Xmeymim aviabazasında "göründü". Hərbçilər "Terminator"dan razı qaldılar: TDHM-lərdən İslam Dövlətinin yaraqlılarına qarşı hücum əməliyyatlarında fəal şəkildə istifadə olunduğu bildirildi.

Bundan sonra, nəhayət, Müdafiə Nazirliyi "Terminatorlar"ın istifadəyə verilməsini qərara aldı. 2018-ci ildə yeni texnika hətta Qızıl Meydanda keçirilən Qələbə paradına da qatıldı. Tezliklə texnika hərbi hissələrə, xüsusən 90-cı Qvardiya Tank Diviziyasına daxil oldu. TDHM-lərin əlavə alışına isə eksperimental döyüş əməliyyatının nəticələrinə əsasən qərar veriləcək.

Universal əsgər

"Terminator" T-72 əsas döyüş tankının bazası əsasında hazırlanır. Zireh eynidir, sadəcə, "Relikt" müsir dinamik müdafiə sistemi ilə gücləndirilib. Silah bölməsi qüllənin arxasındadır. TDHM-nin piyadaların tank əleyhinə silahlarına qarşı daha az həssas olduğu düşünülür. Heyət "Msta-S" özüyeriyən artilleriya qurğusunda olduğu kimi 5 nəfərdən ibarətdir. Bu "Teminator"un təpədən dırnağa qədər silahlanması ilə əlaqədardır. TDHM – bir növ "quru eskadra mina gəmisi" hesab oluna bilər.

Əsas silahlanma – 900 mərmilik döyüş komplekti və iki ədəd 30 millimetrlik avtomatik top lüləsi 2A42-dən (bunlardan BMP-2, BTR-82A və döyüş helikopterlərində də quraşdırılır) ibarətdir. Silahlardan başqa texnikanın yuxarı hissəsində 7,62 mm çaplı bir PKT pulemyotu da var. Yan tərəflərdə iki ədəd effektiv atəş məsafəsi altı kilometrə bərabər olan 9M120-1 "Ataka" tank əleyhinə raketlərlə idarəolunan konteynerlər yerləşir. Və nəhayət, gövdənin ön tərəfində iki AQ-17D avtomatik qumbaraatan var.

Heyət, rəqəmsal ballistik kompüter və avtomatik hədəf izləmə ilə təchiz edilmiş müasir avtomatik yanğın idarəetmə sistemi olan "Ramka" sayəsində bütün bu arsenaldan səmərəli şəkildə istifadə edir.

"Terminator" üçün mövcud hədəflərin nomenklaturası qeyri-adi dərəcədə genişdir - piyadalar, tanklar, yüngül zirehli texnika, aşağıdan uçan helikopterlər, PUA-lar, sahə istehkamları.

Layihənin gələcəyi

TDHM-nin ilk versiyaları mütəxəssislər tərəfindən kəskin tənqid olunmuşdu. "Terminator"ların ən çıx tənqid olunan tərəflərindən biri isə "görmə qabiliyyətinin zəif olması" idi.

Зенитный ракетный комплекс С-300ПС, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
"S-300"lər, "Elbrus"lar, 300-dən çox tank – Əliyev ermənilərin məhv edilən texnikası haqda

Güman edilirdi ki, yeni maşınlar döyüş sahəsini zirehli texnikadan daha yaxşı görə biləcək. Bununla belə, ilk TDHM-lərdə və əsas döyüş tanklarında müşahidə aparatları və müşahidə sistemləri tamamilə eynidir. Bundan başqa, bir çoxları "Terminatorlar"ın döyüş sahəsində zirehli texnikanın əsas müdafiəçiləri kimi piyadaları tamamilə əvəz edə biləcəyinə şübhə ilə yanaşır. TDHM-lərin müasir versiyası isə daha "çoxgözlüdür".

Müdafiə Nazirliyini nümayiş etdirdiyi kadrlardan belə məlum olur ki, hərbçilər "Terminator"un birinci versiyasına üstünlük verirlər. 2013-cü ildə təqdim olunan ikinci versiya isə daha az silahla təchiz edilmişdi – avtomatik qumbaraatanlar texnikadan çıxarılmış və heyətin üç nəfərə qədər azaldılmışdı. Bu model rusiyalı sifarişçiləri bir o qədər cəlb etməsə də, Əlcəzairdən alıcılar tapıldı. Bu ölkə 300 ədəddən çox "Terminator-2" TDHM sifarişi verdi.

"Terminator-3"-ün nə vaxt ortaya çıxağacağı bəlli deyil. Hələ 2016-cı ildə "Uralvaqonzavod"un baş direktoru Oleq Siyenkonun RİA Novosti-yə verdiyi məlumata görə, korporasiya yeni "Armata" platformasının əsasında hava hücumundan müdafiə, ağır zirehli texnika da daxil olmaqla, 28 ədəd perspektivli silah növünün inkişaf etdirilməsinə başlayıb. Bu sıraya TDHM-lər də daxildir. Gələcək maşınlar haqqında hələlik çox şey məlum deyil. Ancaq yeni texnikada 30 millimetrlik toplar əvəzinə daha güclü 57 millimetrlik topların quraşdırılacağı bildirilib.

Xəbər lenti
0