BAKI, 7 noyabr - Sputnik. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlərin statistikası açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, erməni silahlı birləşmələrin təxribatları nəticəsində 100 mülki vətəndaş həlak olub, 416 nəfər isə yaralanıb.
Həmçinin 4186 yaşayış evi, 548 mülki obyekt, 135 çoxmərtəbəli bina yararsız hala düşüb.