Laçınlı məcburi köçkün Əjdər Hüseynov uzun illərdir ki, Mingəçevirdə arı bəsləməklə məşğuldur. Amma bu rayon arıçılıq üçün nəzərdə tutulmayıb, buna görə də çətinliklər az deyil. Bütün bu illər ərzində o, doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözləyib. Və budur, 28 ildən sonra Hüseynov nəhayət Laçına dönməyi planlaşdırır, özü də tək yox, ən yaxın “dostları” ilə birgə. O artıq arıxanalarını harada düzəcəyini, arıların necə bəslənəcəyini və haradan su içəcəyini öz xəyalında canlandırır.
Qeyd edək ki, Əjdər Hüseynovun özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazisi olub.