BAKI, 6 dekabr - Sputnik. Ermənistan xarici işlər naziri Ara Ayvazyan 6-7 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq.
Sputnik Azərbaycan məlumat verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
APA-nın xəbərinə görə, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səfər zamanı iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladıqları bəyanatın reallaşdırılması ilə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olacağını açıqlayıb.