BAKI, 5 dekabr - Sputnik. Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda qeyd olunur.