BAKI, 5 dekabr - Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağ üzrə razılaşmaların yerinə yetirilməsi prosesini müzakirə edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 9-da imzaladıqları bəyanatın yerinə yetirilməsi prosesini, o cümlədən rus sülhməramlıları ilə qarşılıqlı fəaliyyəti, həmçinin ikitərəfli əməkdaşlığın aktual mövzuları və dünya gündəmindəki ayrı-ayrı məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunur.