QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Hamının hamıya" – Ermənistan əsirləri dəyişməyə razıdır

© © REUTERS/Umit BektasСапоги солдата, фото из архива
Сапоги солдата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə rəsmi Moskvaya təşəkkür edib.

BAKI, 2 dekabr — Sputnik. Ermənistanın əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib.

"Bundan əlavə, heç bir ilkin şərt olmadan yeni əsrlərin geri qaytarılması mexanizmi də təklif olunur", - deyə Avinyan qeyd edib.

O, həmçinin Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə Rusiya tərəfinə təşəkkür edib.

Görüş zamanı tərəflər girovların qaytarılması, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələləri də müzakirə ediblər.

 

Xəbər lenti
0