BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.
O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.
Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.
Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.
Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.