QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Diplomatik korpusun nümayəndələri bu gün Tərtər və Ağdama gedir - Hikmət Hacıyev

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев, фото из архива
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi: “Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib".

BAKI, 28 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırıq.

Sputnik Azərbaycan xəbər verir ki, bu söləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb. 

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Xəbər lenti
0