QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidГород Агдам после его возвращения Азербайджану
Город Агдам после его возвращения Азербайджану - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda UNESCO ekspertlərinin regiona qiymətləndirmə missiyasının təşkil olunması üzərində iş gedir. Noyabrın 18-də UNESCO-nun baş direktoru Odri Azule Ermənistan və Azərbaycan nümayəndələrini qəbul edib.

BAKI, 27 noyabr — Sputnik. UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, hazırda UNESCO ekspertlərinin regiona qiymətləndirmə missiyasının təşkil olunması üzərində iş gedir. Noyabrın 18-də UNESCO-nun baş direktoru Odri Azule Ermənistan və Azərbaycan nümayəndələrini qəbul edib. Baş direktor BMT baş katibinin Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı razılaşmanı alqışladığı bəyanatını xatırladıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və ICESCO-nun baş direktorlarına müraciət edib.

Müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb.

Şəkinin Kiş kəndindəki Alban məbədi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məhv edilmiş xristian irsimizə sahib çıxacağıq

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub.

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc, yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.

Xəbər lenti
0