QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyənin müdafiə naziri Fransanın əsl simasını açdı

© © Adem ALTAN / POOL / AFPМинистр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin müdafiə naziri Fransa Senatının bədnam qərarına münasibət bildirib: "Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu təsdiqlədi".

BAKI, 26 noyabr — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən yaydığı xəbərə görə, Akar "Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu bir daha təsdiqlədi", – deyə qeyd edib.

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib, bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib:

"Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda verir".

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin və rəsmi Parisin tərəfdaşlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli təktərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

Xəbər lenti
0