QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lamber: Makronun Qarabağ haqda "gecikmiş çıxışı" fransız diplomatiyasına uyğundur

© AFP 2023 / PHILIPPE LOPEZJerom Lamber
Jerom Lamber  - Sputnik Azərbaycan
Abunə olmaq
Fransalı deputat: Nəhayət ki, dövlət başçısının dilindən formal etiraf. Mən bu barədə artıq neçə həftədir deyirdim. Dağlıq Qarabağ həqiqətən Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazidir.

BAKI, 22 noyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ və ətraf rayonların beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləri olması barədə dediklərini Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber (Jérôme Lambert) "gecikmiş çıxış" adlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Lamber öz Facebook səhifəsində Makronun çıxışının videogörüntüsünü paylaşaraq yazıb:

"Nəhayət ki, dövlət başçısının dilindən formal etiraf. Mən bu barədə artıq neçə həftədir deyirdim. Dağlıq Qarabağ həqiqətən Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazidir. Emmanuel Makronun bu gecikmiş çıxışı fransız diplomatiyasının BMT qətnamələrinə səs verərkən daima tutduğu mövqeyə uyğundur".

Lamber beynəlxalq hüquqa söykənən mövqeyinin nəhayət qəbul edildiyini bildirib:

"Mən bilirdim ki, mənim beynəlxlaq hüquqa söykənən mövqeyim nəhayət ki, qəbul ediləcək. İndi bu ədalətli əsaslar üzərində xalqlar arasında sülhə nail olunmalıdır. Fransa bunun üzərində işləyə bilər. Öz səviyyəmdə mən də həmişə arzuladığım kimi bu yönümdə çalışacağam".
Президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Makron da Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan ərazisi olduğunu etiraf etdi

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun Instaqram səhifəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi videogörüntü yayılıb. Videogörüntüdə Fransa prezidenti 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.

O, həmçinin deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır.

"Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın", - deyə Makron qeyd edib.

Jerom Lamber bu yaxınlarda bəyan etmişdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməsi ilə yanaşı, beynəlxalq hüququ da bərpa edib:

"Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi. Paralel olaraq beynəlxalq hüququ bərpa etdi. Nəticədə artıq bölgədə sülh yaranıb. İndi hər iki xalqın sülh şəraitində birgəyaşayışını təmin etmək qalır. Düşünürəm ki, bu vacib faktoru təmin etmək mümkün olacaq. Fransa kim sülh istəyirsə, onun yanındadır. Gəncə və digər iri şəhərlərin bombalanmasına gəlincə, bu, müharibə cinayətidir və Ermənistan müharibə cinayəti törədib".

Xəbər lenti
0