BAKI, 21 noyabr - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli bəyanatı imzaladıqdan sonra humanitar problemlərin və Dağlıq Qarabağdakı qaçqınlar məsələsinin həll edilməsinə ehtiyac olduğunu deyib. Bu barədə RİA Novosti məlumat yayıb.
"Ön planda, Dağlıq Qarabağ ətrafında ortaya çıxan problemlərin həll edilməsinin zəruriliyi ilə bağlı məsələlərimiz var" - deyən Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, 9 noyabrdakı bəyanat, bütün bu məsələlərin, üç lider tərəfindən imzalanan müqavilə əsasında həll edilməsini mümkün edir.
Lavrovun sözlərinə görə, bu ilk növbədə qaçqınlar və humanitar məsələlərə aiddir: "Biz buna sadiqik "...
XİN başçısı qeyd edib ki, Rusiya beynəlxalq təşkilatları Dağlıq Qarabağ sakinlərinə daha fəal kömək etməyə çağırır.
Onun sözlərinə görə, sülhməramlıların oynadığı rola əlavə olaraq, Prezident Vladimir Putinin fərmanı ilə yaradılan və artıq işə başlamış idarələrarası mərkəz də bütün bu məsələlərə nəzarət edəcək: "Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfəri zamanı ikitərəfli münasibətlərin bütün kompleksi nəzərdən keçiriləcək".