BAKI, 21 noyabr - Sputnik. “Euronews” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən repotaj hazırlayıb.
Sputnik Azərbaycan məlumat verir ki, reportaj “Azərbaycanın kabus şəhəri dağıntılar altında” adı ilə yayımlanıb.
Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.
“Füzuli Ermənistanın uzunmüddətli barbar işğalı nəticəsində xarabalığa çevrilib”, - deyə Hikmət Hacıyev müsahibəsində bildirib.
Ghost Town Füzuli in ruins as a result of Armeni's three dacade long barbaric occupation. @euronews reportage https://t.co/ubxNOdj1ui
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 20, 2020