QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN rəsmisi: "27 illik Ağdam həsrətinə son qoyuldu"

© Sputnik / Murad OrujovAzərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam Ermənistan silahlı qüvvələri tərəfndən 1993-cü il iyulun 23-də işğal edilmişdi. Azərbaycan Ordusunun bölmələri bu gün Ağdam rayonuna daxil olub.

BAKI, 20 noyabr — Sputnik. "27 illik Ağdam həsrətinə son qoyuldu. Vətənimizin füsunkar torpağının geri dönüşü mübarək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-u imzaladığı 3 tərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Xəbər lenti
0