BAKI, 20 noyabr — Sputnik. Qəhrəman Azərbaycan Ordusu Qarabağda əldə etdiyi zəfər sonrası razılaşma əsasında Ağdama daxil oldu. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirdiyi postda bildirib.
"Qəhrəman Azərbaycan Ordusu Qarabağda əldə etdiyi zəfər sonrası razılaşma əsasında Ağdama daxil oldu. Azərbaycan 30 il sonra işğala uğramış torpaqlarına qovuşur. Qarşımızdakı zamanda da Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir millət – iki dövlət", - deyə məlumatda qeyd olunur.
Kahraman #Azerbaycan Ordusu, Karabağ"da elde ettiği zafer sonrası yapılan anlaşma kapsamında #Ağdam"a girdi. Azerbaycan 30 yıl sonra işgale uğramış öz topraklarına kavuşuyor. Önümüzdeki süreçte de Can Azerbaycanın yanında olmaya devam edeceğiz. #TekMilletİkiDevlet 🇹🇷🇦🇿 pic.twitter.com/WjivsA20ez
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 20, 2020