BAKI, 20 noyabr - Sputnik. “Dağlıq Qarabağda baş vermiş münaqişə və onun həlli Rusiya üçün xüsusi əhəmiyyət daşıyır”.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin rus sülhməramlıları ilə bağlı məsələlərə dair keçirilən iclasda deyib.
“Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi daxili təhlükəsizlik baxımından mühümdür. Rusiyada milyonlarla erməni və azərbaycanlı yaşayır. Bizi bu respublikalarla çoxəsrlik əlaqələr bağlayır” - Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, mütəmadi olaraq Azərbaycan və Ermənistan rəhbərləri ilə əlaqə saxlayır.