BAKI, 20 noyabr — Sputnik. Təhsil Nazirliyi Ağdam rayonunun təhsil statistikasını açıqlayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 1992-1993-cü tədris ilində Ağdam məktəblərinin sayı 99, müəllimlərinin sayı 2966, şagirdlərinin sayı 29478 olub. 2020-2021-ci illərdə Ağdam məktəblərinin sayı 135, müəllimlərinin sayı 2997, şagirdlərinin sayı 24608-dir.