Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RİA Novosti Nürnberq prosesi ilə bağlı multimedia layihəsi gerçəkləşdirir

© SputnikПостер нового проекта РИА Новости "Нюрнберг. Начало мира"
Постер нового проекта РИА Новости Нюрнберг. Начало мира - Sputnik Azərbaycan
Abunə olmaq
"Nürnberq. Dünyanın başlanğıcı" - RİA Novosti-nin XX əsrin ən böyük məhkəmə prosesinin 75 illiyinə həsr olunmuş tarixi multimedia layihəsi belə adlanır.

BAKI, 19 noyabr – Sputnik. "Nürnberq. Dünyanın başlanğıcı" (http://nuremberg.media) – RİA Novosti-nin (http://ria.ru) XX əsrin ən böyük məhkəmə prosesinin 75 illiyinə həsr olunmuş tarixi multimedia layihəsi belə adlanır. Layihə çərçivəsində noyabrın 19-dan etibarən nuremberg.media portalında 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-ə kimi keçirilmiş Nürnberq tribunalına həsr olunmuş materiallar yayımlanacaq.

Layihə rus dili ilə yanaşı, alman, fransız və ingilis dillərində də fəaliyyət göstərəcək, eyni zamanda, Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun (http://sputniknews.com) redaksiya heyətlərinin dəstəyi ilə xaricdə də yayımlanacaq.

Nürnberq prosesinə tarix öz qiymətini verib. İlk dəfə təcavüzü ən ağır cinayət kimi tanıyan, nasistlərin dünya və insanlığa qarşı törətdikləri cinayətləri ictimaiyyətə açıqlayan məhz bu məhkəmə prosesi olub. Hazırkı yeni dünya düzəninin qurulması prosesinin təməli də məhz 75 il əvvəl atılıb. Və indi, siyasi və hərbi qarşıdurmaların dünyanı sarsıtdığı bir vaxtda Nürnberq prosesini xatırlamaq çox vacibdir.

"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov RİA Novosti-nin yeni tarixi layihəsi haqqında danışarkən bu sözləri deyib: "Nürnberq. Dünyanın başlanğıcı" layihəsi – bu, böyük hadisə ilə bağlı növbəti xatirə abidəsi və ya muzey deyil. Bu, auditoriya ilə yeni media dilində aparılan canlı söhbətdir. Bu, məhkəmə prosesinin tarixi həqiqətlərini müasir informasiya texnologiyaları vasitəsilə 1945-ci ilin noyabrından 1946-cı ilin oktyabrına kimi günbəgün anlamaq, hiss etmək imkanı deməkdir".

"Rossiya Seqodnya" media qrupunun baş redaktor müavini Natalya Loseva: "Nürnberq məhkəməsi həm də Sovet xalqına qarşı törədilmiş soyqırım faktlarını tanıma yolunda ilk addım idi, bu səbəbdən də bizim layihənin əsas məqsədi bütün fakt və sübutları birləşdirmək, nasistlərin cinayətlərinin beynəlxalq qiymətləndirilməsi konsepsiyasına çevirmək və beləliklə də, tarixi ədaləti bərpa etməkdir. Bu layihədə biz ən müxtəlif formatlardan və texniki həllərdən istifadə etməyə çalışmışıq. İl ərzində istifadəçilər layihəni virtual reallıqda izləyə və dinləyə biləcəklər. Biz bütün istifadəçiləri nəzərə almağa, bu layihəni hər kəsə uyğun formatda hazırlamağa çalışırıq".

Beləliklə, il ərzində nuremberg.media portalında nümayiş etdiriləcək nadir arxiv və muzey materialları, fotolar, şəkillər, kinoxronikalar məşhur məhkəmə prosesini günbəgün izləməyə imkan verəcək.

"Nürnberq. Dünyanın başlanğıcı" layihəsinin rəhbəri, yazıçı-jurnalist Nataliya Osipova: "Bu bizim üçün çox həssas layihədir. Onun üzərində işləmək heç də asan olmayıb, hər gün məhkəmə dəlillərini izləmək məcburiyyətində idik. Bütün bunlara insanın normal şəkildə baxması mümkün deyil. Nürnberq prosesində iştirak edən adamlar da orada baş verənləri sakit izləyə bilməmişdilər. Prosesi izləyən jurnalistlərdən biri qəzetə bu məzmunda teleqram vurmuşdu: "Mən artıq dözə bilmirəm – deyəcək sözüm yoxdur". Ancaq biz buna məcburuq. Çünki bu layihə qurbanların müdafiəsi və Nürnberqin humanist konsensusu deməkdir".

Sözügedən layihə – Nürnberq prosesini araşdıran Rusiya və xarici arxivlərin yaradıcılarından alınmış müsahibələr əsasında hazırlanıb. Bu ifadələr sərgilər, podkastlar, ictimai çıxışlar və sair ilə tamamlanacaq. Layihəyə beynəlxalq tribunal qarşısına çıxarılmış əsas müttəhimlərin hekayələri əsasında hazırlanmış misilsiz VR rekonstruksiya da daxildir. Layihə 2021-ci ilin oktyabrında Nürnberqdə keçiriləcək beynəlxalq konfransla yekunlaşacaq.

Layihənin əsas informasiya tərəfdaşları – "Rossiya24" telekanalları (https://live.russia.tv/channel/3), o cümlədən, "Moskva24" kanalı (https://www.m24.ru/), Vesti.ru internet portalı (https://www.vesti.ru/), "VestiFM" radiostansiyası (https://radiovesti.ru) və "Komsomolskaya Pravda" saytıdır (kp.ru (https://www.kp.ru/).

Bundan başqa, "Mayak" radiostansiyası (https://radiomayak.ru/), "Rossiya" radiostansiyası (https://www.radiorus.ru/), "TV-zavr" (https://www.tvzavr.ru/), Dövlət Tarix Muzeyi (https://shm.ru/),

Yəhudi Muzey və Tolerantlıq Mərkəzi (https://www.jewish-museum.ru/) layihənin informasiya tərəfdaşları arasındadır.

Layihə Mutimedia İncəsənət Muzeyinin (http://mamm-mdf.ru/) iştirakı ilə hazırlanıb və Rusiya Müasir Tarix Muzeyi (https://sovrhistory.ru/), Rusiya Dövlət Kitabxanası (https://www.rsl.ru/), Qələbə Muzeyi (https://victorymuseum.ru/), Silahlı Qüvvələrin Mərkəzi Muzeyi ((http://www.cmaf.ru/), Rusiya Arxivlər İdarəsi (http://archives.ru/), eləcə də, Dövlət Film Fondu (https://gosfilmofond.ru), Qorki adına Moskva Bədayə Teatrı (http://www.mxat-teatr.ru/) və "Pravda" qəzetinin (https://gazeta-pravda.ru/) dəstəyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, RİA Novosti xəbər agentliyi (https://ria.ru/) – "Rossiya Seqodnya" media qrupunun aparıcı informasiya resursudur. Agentlik Rusiya KİV-ləri və sosial şəbəkələri arasında ən çox istinad olunan media orqanıdır. RIA.ru saytına (https://ria.ru/) gündəlik 4,5 milyon istifadəçi daxil olur ki, bu da onun Runet xəbər portalları arasında lider olmasına gətirib çıxarıb. Agentliyin müxbir şəbəkəsi dünyanın 100-dən çox şəhərini əhatə edir. RİA Novosti-nin "Facebook" (https://www.facebook.com/rianru), Twitter (https://twitter.com/rianru), "Vkontakte" (https://m.vk.com/ria), "Odnoklassniki" (https://ok.ru/ria), "Instagram" (https://www.instagram.com/ria_novosti/) və "Youtube" (https://www.youtube.com/user/rianovosti) sosial şəbəkələrində qeydiyyatdan keçmiş izləyicilərinin sayı təxminən 9 milyon nəfərdir.

Xəbər lenti
0