QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

BMT nümayəndələri münaqişədən zərər çəkən ərazilərdə olub

© REUTERS / AZIZ KARIMOVФрагменты ракеты "Смерч" в Барде
Фрагменты ракеты Смерч в Барде - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin agentlikləri Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarında ehtiyacların dəyərləndirilməsi missiyasını başa vurub.

BAKI, 19 noyabr — Sputnik. BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb. Bu barədə BMT-nin Bakı ofisindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, missiya BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub.

Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər. Əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabat hazırlanacaq.

Xəbər lenti
0