Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya Prezidenti Monitorinq Mərkəzinin yerləşmə məsələsinə aydınlıq gətirdi

© AFP 2021 / FABRICE COFFRINIФлаги Турции и России, фото из архива
Флаги Турции и России, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Putin deyib ki, Monitorinq Mərkəzi Azərbaycanın suveren ərazilərində olacaq və onu harada yerləşdirmək barədə qərarı da özü verəcək.

BAKI, 18 noyabr - Sputnik. Bakı Qarabağda vəziyyətin Monitorinqi Mərkəzinin Azərbaycanın harasında yaradılması barədə qərarı özü verməlidir. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin, "Rossiya 24" telekanalının efirində deyib

"Mərkəzin harada yerləşdiriləcəyi başqa məsələdir. Bu, Azərbaycanın suveren ərazilərində olacaq və onu harada yerləşdirmək barədə qərarı da özü verəcək", - deyə Putin bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала