Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin Qarabağ üzrə razılaşmalar barədə

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ В. Путин принял участиев работе Инвестиционного форума ВТБ Капитал "Россия зовет!"
Президент РФ В. Путин принял участиев работе Инвестиционного форума ВТБ Капитал Россия зовет! - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya tərəfi bizə dost olan hər iki ölkə arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həll yolları tapmağa təşviq etmək üçün fəal səylər göstərdi

BAKI, 17 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin BRICS-dən (beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası)olan həmkarlarını Dağlıq Qarabağda vəziyyətin nizamlanması barədə məlumatlandırıb və bəyan edib ki, əldə olunan razılaşmalara əməl olunur və həmin ərazidə vəziyyət sabitləşir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti bunu videokonfrans formatında keçirilən BRICS sammitində qlobal və regional təhlükəsizlik barədə danışarkən qeyd edib.

Putin xatırladıb ki, sentyabrda Dağlıq Qarabağda münaqişə kəskin fazaya keçib: "Rusiya tərəfi bizə dost olan hər iki ölkə arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həll yolları tapmağa təşviq etmək üçün fəal səylər göstərdi. Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 9-u tam atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə olundu".

O, qeyd edib ki, bütün bunların hamısı Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatda əks olunub: "Adı çəkilən razılaşmalara əməl olunur. Döyüş əməliyyatları tamamilə dayanıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqlarında uzunmüddətli və tamformatlı həlli üçün şərait yaradılmışdır".

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0