Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşu ölkədə bir gündə koronavirusdan ölənlərin sayı yüzlərlədir

© REUTERS / CALLAGHAN O'HAREЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiyada bu xəstəliyə yoluxanların sayı 1858568-ə çatıb. Rusiyada pandemiya yayılandan 32032 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 12 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 21608 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 439 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1858568-ə çatıb. Rusiyada pandemiya yayılandan 32032 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1388168-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 52,1 milyonu keçib, 1,28 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0