BAKI, 12 noyabr - Sputnik. Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanı pozmağa cəhdlə bağlı hər hansı əlamət yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva əmindir ki, bütün tərəflər Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olmasında maraqlıdır.
"Rusiya Ermənistan müxalifətinin Dağlıq Qarabağla bağlı uğurla əldə edilmiş razılaşma ətrafında necə spekulyasiya etməyə cəhd göstərdiyini görür", - deyə XİN başçısı bildirib.
O, əmin olduğunu bildirib ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq.