QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Düşməni beynəlxalq məhkəmələrə verəcəyik"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время обращения к народу
Президент Ильхам Алиев во время обращения к народу - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz fərdi və mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik.

BAKI, 11 noyabr — Sputnik. "Artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin, artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.

"Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz fərdi və mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik. Onlar təzminat ödəyəcək, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər", - deyə İlham Əliyev vurğulayıb.

Xəbər lenti
0