Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiyanın "Sputnik V" peyvəndinin istehsalında maraqlıdır

© © Handout / Russian Direct Investment Fund / AFPВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türk nazir qeyd edib ki, ölkəsi yerli qanunvericiliklə nəzərdə tutulan toksikoloji sınaqlardan sonra Türkiyənin dərman istehsalçılarının müəssisələrində istehsalının təşkilində maraqlıdır.

BAKI, 11 noyabr — Sputnik. Türkiyə Rusiyanın koronavirus əleyhinə ilk peyvəndi - "Sputnik V"-nin bu ölkənin dərman istehsalçılarının müəssisələrində istehsalının təşkilində maraqlı olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan Rusiya Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, ötən gün türkiyə tərəfinin təşəbbüsü ilə bu ölkənin Səhiyyə naziri Fəhrəddin Koca ilə onun rusiyalı həmkarı Mixail Muraşko arasında danışıqlar baş tutub.

Türk nazir qeyd edib ki, ölkəsi yerli qanunvericiliklə nəzərdə tutulan toksikoloji sınaqlardan sonra Türkiyənin dərman istehsalçılarının müəssisələrində istehsalının təşkilində maraqlıdır.

Xatırladaq ki, avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq. Rusiyanın Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzi və "Binnofarm"şirkəti.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

Xəbər lenti
0