QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakının dinc erməniləri qovmaq məqsədi heç vaxt olmayıb - diplomat

© AP PhotoНагорный Карабах, фото из архива
Нагорный Карабах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomat Azərbaycanda 30 mindən çox erməninin yaşadığına və kimsənin onlarla qərəzli davranmadığına diqqət çəkib.

BAKI, 11 noyabr - Sputnik. Azərbaycan heç vaxt Dağlıq Qarabağdan dinc erməniləri qovmağa çalışmayıb.

Sputnik Azərbaycan bildirir ki, bunu RBK telekanalına müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Oradan (Qarabağdan) erməni əhalinin qovulması kimi məqsəd heç vaxt olmayıb. Heç vaxt belə bir vəzifə qoyulmayıb ki, biz oradan dinc əhalini qovaq", - deyən səfir əlavə edib ki, ərazidə qalmaq, yaxud oranı tərk eləmək hər kəsin şəxsi işidir.

Diplomat Azərbaycanda 30 mindən çox erməninin yaşadığına və kimsənin onlarla qərəzli davranmadığına diqqət çəkib.

P.Bülbüloğlu həmçinin qeyd edib ki, "Azərbaycan bir də heç vaxt öz ərazisində separatçı təzahürlərin olmasına icazə verməyəcək".

Xəbər lenti
0