QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan Putinlə danışdı: Qarabağ və Suriya böhranını birlikdə idarə etmək niyyətindədirlər

© Sputnik / © Sergey Guneev / SputnikПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanla Putinin telefon danışığında Türkiyə-Rusiya münasibətləri, başda Dağlıq Qarabağ və Suriya mövzusu olmaqla regional məsələlər müzakirə edilib.

BAKI, 10 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Sputnik Türkiyə xəbər verir ki, telefon danışığında əsasən Türkiyə-Rusiya münasibətləri, başda Dağlıq Qarabağ və Suriya mövzusu olmaqla regional məsələlər müzakirə edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putinlə söhbətində Azərbaycanda yaradılacaq ortaq bir mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəsə nəzarətdə Türkiyənin iştirakını bəyan edib.

Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Prezidentimiz Vladimir Putinlə telefonla danışıb. O qeyd edib ki, dünən axşam Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması yolunda doğru addım atılıb. Ərdoğan bəyan edib ki, Türkiyə Rusiya ilə birlikdə Ermənistanın işğalından azad edilmiş ərazilərdə, Azərbaycanın müəyyənləşdirdiyi bölgədə yaradılacaq mərkəzdə müşahidəçilik və nəzarət fəaliyyətini həyata keçirəcək", - deyə məlumatda bildirilir. 

Ərdoğan rus həmkarı ilə söhbət əsnasında qeyd edib ki, Türkiyə və Rusiyanın birlikdə intensiv töhfələr verdiyi bu önəmli fürsəti fövtə vermədən uzunmüddətli sülh yaratmaqla regionda sabitliyin bərqərar edilməsi vacibdir. 

Ərdoğanın fikrincə, bu vəziyyətdə ən vacib amillərdən biri Ermənistanın atəşkəsə və birgə bəyanatdakı şərtlərə əməl etməsidir.

Türkiyə prezidenti qeyd edib ki, Ermənistanın işğalından azad edilən ərazilərdə Azərbaycan tərəfindən müəyyənləşdiriləcək bir bölgədə təsis ediləcək Müştərək Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəsə nəzarəti həyata keçirəcəklər. O, bu məsələdə Rusiyanın da üzərinə önəmli məsuliyyət düşdüyünü dilə gətirib.

Ərdoğan Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların öz yurd-yuvalarına dönməsinin, Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının vacibliyini də xüsusilə qeyd edib.

O, Dağlıq Qarabağdakı hərbi əməliyyatların və böhranın həllində Türkiyə-Rusiya ortaq işbirliyinin əhəmiyyətini vurğulayıb. Eyni işbirliyini Suriya böhranının həllində də həyata keçirə, burada analoji mexanizmlərindən istifadə edə biləcəklərini deyib.

Xəbər lenti
0